QUTADGU BILIG

ISBN 9786059321792
Kiadó Fatih Oncu
Év 2016
Oldalak száma 48
Kategóriák Kortárs klasszikus
Szerző YUSUF HAS HACIB
Nyelvek Azerbaijani

9.99 USD

Ez a könyv az Adobe DRM védett formátumában lett kiadva.

Utasítások A könyv ebben a formátumban való olvasásához.

Letöltési beállítások:

  • PDF
“Qutadğu bilig” XI əsr türk ədəbiyyatının ən qiymətli əsərləri arasındadır. Bu əsər, islam dövrü türk ədəbiyyatına aid ən qədim nümünələrdən biridir. Yusif Xas Hacib tərəfindən Qaraxanlılar dövründə yazılmışdır.  Türklər Qaraxanlılar dövründə islamiyyəti rəsmi din olaraq qəbul etmişdilər.  “Qutadğu bilig”in yazılması təxminən türklərin islamı qəbul etməsindən bir əsr sonraya təsadüf edir.  Əsər 1069-cu ildə qələmə alınmışdır.  Yusif Xas Hacib 18 ay ərzində bu əsəri tamamlamış və 1069-cu ildə  şərqi Qaraxanlılar dövlətinin xaqanı Tabğaç Uluğ Buğra Qara Xan ünvanlı Əbu Əli Həsən bin Süleyman Arslana təqdim etmişdir. “Qutadğu bilig” türk ədəbiyyatının ilk siyasətnaməsi  kimi qəbul edilir. Əsər məsnəvi şəklində əruz vəznində yazılmışdır. 6645 beytdən ibarət poemaya daha sonra mənzum və mənsur giriş hissələri əlavə olunmuşdur. “Qutadqu bilik” 85 fəsildən  ibarətdir. Didaktik üslübda qələmə alınan bu əsərdə nəsihətlər, məsləhətlər, öyüdlər yer alır. Əsərdə təxəllüslərə geniş yer verilir. Çatdırılması istənilən ideya rəmzi şəxslər vasitəsi ilə söylənilir. “Qutadğu bilig” Allaha, peyğəmbərə, dörd xəlifəyə və dövrün hökmdarına mədhiyyələrlə başlayır. Daha sonra bilik və ağlın əhəmiyyəti, yaxşılıq və yaxşılığın faydaları kimi mətləblər, rəmzi şəxlərin qarşılıqlı dialogu formasında nəql olunur. Əsərdə rəmzi şəxslər və mənaları aşağıdakı kimidir: